BAKI, 20 iyun. TELEQRAF
Elvin Camalov karyerasını “Neftçi”də davam etdirəcək.
Teleqraf xəbər verir ki, paytaxt klubu dayaq yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb.
Tərəflər arasında 1+1 illik sözləşmə bağlanıb.
Qeyd edək ki, Elvin Camalov 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunub. O, bu müddətdə komandanın heyətində 28 rəsmi oyuna çıxıb və 1 qol vurub.