BAKI, 20 iyun. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın İtaliya və Baş nazir Corciya Meloniyə hücumlarına baxmayaraq, Amerika ilə münasibətlərimiz dostcasına olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu İtaliyanın nəqliyyat-infrastruktur naziri və baş nazirin müavini Matteo Salvini deyib.
“Yalnız onu söyləyə bilərəm ki, Baş nazirə hücum edən hər kəs bütün hökumətə və bütün İtaliyaya hücum edir. Bu, iki dost ölkə və iki xalq arasında münasibətlərin pisləşməsi demək deyil”, - o bildirib.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl Corciya Meloninin Fransada keçirilən G7 sammitində onunla şəkil çəkdirmək üçün yalvardığını açıqlayıb. ABŞ Prezidentinə sərt təpki verən İtaliya lideri bunu qəti şəkildə təkzib edib.