BAKI, 20 iyun. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzi bölgəsindəki bütün gəmilərə özlərini təhlükəyə atmamaq üçün Hörmüz boğazına yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, xəbərdarlıqda Hörmüz boğazının bağlı olduğu və gəmilərin ora yaxınlaşmaması vurğulanır. Əks halda, onları təhlükə gözləyir.

Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bir müddət əvvəl bildirib ki, Tehran ABŞ ilə imzalanmış memorandumu pozaraq İsrailin Livana qarşı davam edən təcavüzünə cavab olataq Hörmüz boğazını bağlayıb.