BAKI, 18 iyun. TELEQRAF
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında imzalanan anlaşma memorandumunun dərhal qüvvəyə mindiyini açıqlayıb.
Teleqraf “Al Jazeera”ya istinadən xəbər verir ki, Pakistan Baş naziri razılaşmanın regionda sülh və sabitliyin bərqərar olması üçün mühüm fürsət olduğunu vurğulayıb.
O, həmçinin Pakistanın vasitəçilik səylərindən məmnunluq ifadə edərək, bu razılaşmanın bölgədə iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində yeni imkanlar yaradacağına ümid etdiyini vurğulayıb.