Vaşinqton gələcəkdə İrana investisiya qoymaq niyyətində deyil, lakin digər ölkələrin bunu etməsinə etirazımız yoxdur.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ-nin İrana sərmayə yatıracağına dair məlumatlar yalandır: "Kim istəsə, investisiya qoya bilər. Mən buna əngəl olmayacağam. Amma biz İrana 10 sent belə investisiya qoymayacağıq".
Qeyd edək ki, mediada İranın ABŞ ilə razılaşmanın bir hissəsi olaraq 300 milyard dollar investisiya alacağı ilə bağlı xəbərlər yayılıb.