BAKI, 18 iyun. TELEQRAF

İngiltərə millisinin kapitanı Harri Keyn 2026-cı il Dünya Çempionatında Xorvatiyaya qarşı oyunda iki rekorda imza atıb.

Teleqraf xəbər verir ki, hücumçu matçın 8-ci dəqiqəsində penaltidən fərqlənərək hesabı açıb.

Bu qol Keynin Dünya Çempionatında penaltidən vurduğu 5-ci qol olub. Bununla da İngiltərə millisinin kapitanı mundial tarixində penaltidən ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Keyn həmçinin İngiltərə millisinin tarixində üç fərqli Dünya Kubokunda qol vuran ikinci futbolçu olub. Daha əvvəl bu göstəriciyə yalnız Devid Bekhem nail olmuşdu.

Qeyd edək ki, İngiltərə millisi 2026-cı il Dünya Kubokunda ilk oyununu Xorvatiyaya qarşı keçirir.