GƏNCƏ, 17 iyun. TELEQRAF
Gəncədə su üstündə dava olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Elvin Alıyev və 1981-ci il təvəllüdlü Azər Ələsgərov arasında müvahisə düşüb. Nəticədə mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirlib.
İlkin məlumata görə, mübahisə istixananın suvarılması üstündə düşüb