BAKI, 18 iyun. TELEQRAF

Rusiyanın Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində məhkəmə Adolf Hitlerin adına pizza sifarişi verən tələbəni nasist simvollarını yaymaqda təqsirli bilərək beş günlük həbs cəzasına məhkum edib.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional mətbuat xidməti məlumat yayıb.

“Nijni Tagilin Leninski rayon sakini Timofey Vaxonini nasist simvollarını yaymaqda günahkar bilib. O, ticarət mərkəzində pizza sifariş edərkən Üçüncü Reyxin lideri olduğunu iddia edib. O həmçinin internetdə və məktəbdə faşizm simvolları nümayiş etdirib. O, günahlarını tam etiraf edib və belə davranışların bir daha təkrarlanmayacağına söz verib.

Tələbənin tikinti kollecində təhsilini davam etdirib-etdirməyəcəyinə dair yaxın günlərdə qərar veriləcək.