BAKI, 18 iyun. TELEQRAF

Cənubi Afrika millisinin futbolçusu Temba Zvane cəzalandırılıb.

Teleqraf xəbər verir ki, yarımmüdafiəçi 2026-cı il Dünya Kubokunun açılış matçında Meksikaya qarşı oyunda aldığı qırmızı vərəqəyə görə 3 oyunluq diskvalifikasiya olunub.

Zvane 84-cü dəqiqədə əllə oyuna görə meydandan qovulmuşdu. Epizoda VAR baxışından sonra hakim futbolçuya qırmızı vərəqə göstərib. FIFA İntizam Komitəsi hadisəni ciddi qayda pozuntusu kimi qiymətləndirib və standart 1 oyunluq cəzaya əlavə olaraq daha 2 oyunluq cəza tətbiq edib.

Qeyd edək ki, Cənubi Afrika millisi açılış oyununda Meksikaya 0:2 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Huqo Broos matçdan sonra Zvanenin qırmızı vərəqəsini sərt qərar adlandırıb. Cənubi Afrika növbəti turda Çexiya ilə qarşılaşacaq.