BAKI, 18 iyun. TELEQRAF

Yevlax rayonunda ölüm hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, Mingəçevir şəhər sakini Əjdər Pirimov Yevlax rayonunun Əkşəm kəndində yerləşən ata evində güllə yarasından aldığı xəsarət nəticəsində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Ə.Pirimov ov tüfəngi ilə özünü güllələyib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.