BAKI, 17 iyun. TELEQRAF
Portuqaliya millisinin futbolçusu Joao Neves 2026-cı il Dünya Çempionatında Konqo Demokratik Respublikası ilə oyunun ən yaxşısı seçilib.
Teleqraf xəbər verir ki, K qrupunun ilk turunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Portuqaliyanın yeganə qolunu 6-cı dəqiqədə Joao Neves vurub. 20 yaşlı yarımmüdafiəçi başla dəqiq oynayaraq komandasını hesabda önə keçirib.
Konqo DR-nin cavab qolunu isə 45+5-ci dəqiqədə Yohan Vissa vurub.
Matçdan sonra FİFA Joao Nevesi qarşılaşmanın ən yaxşı futbolçusu seçib.
Qeyd edək ki, Portuqaliya millisi K qrupunda növbəti oyunlarını Özbəkistan və Kolumbiyaya qarşı keçirəcək.