BAKI, 17 iyun. TELEQRAF

Konqo Demokratik Respublikası millisinin futbolçusu Yohan Vissa tarixə düşüb.

Teleqraf xəbər verir ki, hücumçu 2026-cı il Dünya Kubokunun qrup mərhələsində Portuqaliya ilə matçda fərqlənib.

Afrika təmsilçisi künc zərbəsindən sonra qurulan hücumda qapıya yol tapıb. Vissa başla topu tora göndərərək hesabı bərabərləşdirib. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

Bu qol Konqo DR millisinin Dünya Çempionatı tarixində ilk qolu olub.

Qeyd edək ki, Konqo DR mundialda ikinci dəfə iştirak edir. Komanda ilk dəfə 1974-cü ildə, Zair adı ilə turnirdə mübarizə aparıb. Həmin vaxt Afrika təmsilçisi qrup mərhələsində Şotlandiyaya 0:2, Yuqoslaviyaya 0:9, Braziliyaya isə 0:3 hesabı ilə uduzub.