BAKI, 17 iyun. TELEQRAF

2026-cı il Dünya Çempionatında K qrupunun ilk oyunu keçirilib.

Teleqraf xəbər verir ki, Portuqaliya millisi Konqo Demokratik Respublikası ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Portuqaliya matça sürətli başlayıb. Avropa təmsilçisinin heyətində Joao Neves 6-cı dəqiqədə hesabı açıb.

Konqo DR fasilə ərəfəsində tarazlığı bərpa edib. Afrika təmsilçisinin heyətində Yohan Vissa 45+5-ci dəqiqədə fərqlənib.

İkinci hissədə komandalar qol vura bilməyib və matçda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Konqo DR millisi tarixində ikinci dəfə Dünya Kubokunda iştirak edir. Yohan Vissanın qolu komandanın mundiallar tarixində ilk qolu olub.

***

22:09

2026-cı il Dünya Kubokunun K qrupunda keçirilən Portuqaliya - Konqo Demokratik Respublikası oyununda ikinci hissəyə start verilib.

Teleqraf xəbər verir ki, komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

***

21:53

2026-cı il Dünya Kubokunun K qrupunda Portuqaliya və Konqo Demokratik Respublikası arasında keçirilən oyunda ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

Portuqaliya hesabda önə keçsə də, Konqo DR ilk hissədə cavab qolunu vuraraq tarazlığı bərpa edib.

Qeyd edək ki, görüş ABŞ-ın Texas ştatındakı NRG Stadionunda keçirilir.

***

21:52

Konqo millisi ilk hissənin son dəqiqəsində hesabı bərabərləşdirdi.

Teleqraf xəbər verir ki, 45+5-ci dəqiqədə Yohan Vissa bərabərlik qolunun müəllifi olub.

***

21:07

Portuqaliya millisi Konqo ilə oyunda hesabı açıb.

Teleqraf xəbər verir ki, 6-cı dəqiqədə Joao Neves fərqlənib.

***

21:00

Portuqaliya millisi 2026-cı il Dünya Çempionatında ilk oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Roberto Martinesin komandası qrup mərhələsinin ilk turunda Konqo Demokratik Respublikası ilə qarşılaşır.

Görüş ABŞ-ın Texas ştatındakı NRG Stadionunda keçirilir. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürüb.