BAKI, 18 iyun. TELEQRAF
2026-cı il Dünya çempionatında L qrupunun ilk oyunu keçirilib.
Teleqraf xəbər verir ki, İngiltərə millisi Xorvatiya ilə qarşılaşıb.
Məhsuldar keçən görüş Tomas Tuxelin komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra İngiltərə mundiala 3 xalla başlayıb.
Qeyd edək ki, L qrupunun digər oyununda Qana Panama ilə qarşılaşacaq.
***
01:49
İngiltərə millisi Xorvatiya ilə qarşılaşmada 6-cı qol vurulub.
Teleqraf xəbər verir ki, İngiltərə yığması fərqi 2-yə yüksəldib - 4:2.
85-ci dəqiqədə Markus Reşford fərqlənib.
***
01:11
İngiltərə millisi ikinci hissəyə sürətli başlayıb.
Teleqraf xəbər verir ki, 47-ci dəqiqədə Cud Bellinqem fərqlənib.
Beləliklə, ingilislər matçda 3-cü dəfə üstünlük qazanıblar - 3:2.
***
01:09
İngiltərə-Xorvatiya matçında ikinci hissə başladı.
00:51
Xorvatiya yığması ilk hissənin son dəqiqəsində hesabı bərabərləşdirib.
Teleqraf xəbər verir ki, Peter Musa 45+5-ci dəqiqədə fərqlənib.
Tərəflər fasiləyə 2:2 hesablı bərabərliklə yollanıblar.
***
00:41
İngiltərə millisi yenidən hesabda önə keçib.
Teleqraf xəbər verir ki, Harri Keyn 42-ci dəqiqədə hesabı 2:1 edib.
***
00:37
Xorvatiya millisi hesabı bərabərləşdirdi.
Teleqraf xəbər verir ki, Martin Baturina 36-cı dəqiqədə fərqlənib.
***
00:12
İngiltərə Xorvatiya ilə oyunda hesabı açıb.
Teleqraf xəbər verir ki, 12-ci dəqiqədə Harri Keyn penaltidən fərqlənib.
Qeyd edək ki, ilk penalti zərbəsində Xorvatiya yığmasının qapıçısı Dominik Livakoviç zərbəni dəf etsə də, qolkiper qapı xəttini keçdiyi üçün 11 metrlik cərimə zərbəsi təkrarlanıb.
***
00:00
İngiltərə millisi 2026-cı il Dünya Çempionatında ilk oyununa çıxıb.
Teleqraf xəbər verir ki, L qrupunda yer alan İngiltərə yığması Xorvatiya ilə qarşılaşır.
Matç sabah Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Qrupun digər oyununda isə Qana Panama ilə üz-üzə gələcək.