BAKI, 18 iyun. TELEQRAF

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 2026-cı il Dünya Çempionatında uğursuz startdan sonra paylaşım edib.

Teleqraf xəbər verir ki, 41 yaşlı hücumçu Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçənin ardından azarkeşlərə müraciət edib.

Ronaldu sosial şəbəkə hesabında bunları yazıb:

“Bu, istədiyimiz başlanğıc deyil, amma hələ heç nə bitməyib. Başımızı dik tutmalı və tam diqqəti növbəti oyuna yönəltməliyik”.

Qeyd edək ki, o, Konqo DR ilə görüşə start heyətində başlayıb, lakin qarşılaşma onun üçün uğursuz keçib. Portuqaliya K qrupunda növbəti oyunlarını Özbəkistan və Kolumbiyaya qarşı keçirəcək.