BAKI, 17 iyun. TELEQRAF

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.

Teleqraf xəbər verir ki, sonra iclas iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar.

Eyni zamanda, Ağdərə və Xocalı rayonlarında həyata keçirilən aqrar təsərrüfatlara, həmçinin istehsal və emal müəssisələrinə baxış keçirilib.