BAKI, 15 iyun. TELEQRAF
ABŞ və İran arasında anlaşma memorandumu imzalanıb.
Teleqraf xəbər verir ki, İranla razılaşmanı ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran tərəfindən isə parlamentinn sədri Məhəmmədbaqer Qalibaf imzalayıb.
Adı açıqlanmayan ABŞ-nin yüksək vəzifəli rəsmisi İranla bağlanan müqavilənin təfərrüatının yaxın 24 saat ərzində ictimaiyyətə açıqlanacağını bildirib.
Məlumata görə, müqavilə ilə bağlı texniki danışıqlar bu həftənin sonuna yaxın başlayacaq.
Dondurulmuş vəsaitlərin sərbəst buraxılması və sanksiyaların qaldırılması üçün atılacaq addımların tamamilə fəaliyyətə əsaslanacaq.
Danışıqların növbəti mərhələsində ABŞ-mim bölgədə hərbi mövcudluğunun qorunması müzakirə ediləcək.
Məlumata görə, hərbi qüvvələrin azaldılması yekun razılaşma rəsmi olaraq imzalandıqdan sonra mümkün olacaq.