BAKI, 15 iyun. TELEQRAF
“İranla müqavilə bağlandı və mən bununla Hörmüz boğazının ödənişsiz açılmasına və ABŞ-ın dəniz blokadasının dərhal qaldırılmasına icazə verirəm”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"İran İslam Respublikası ilə saziş bağlandı. Hamını təbrik edirəm", - Tramp bildirib.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, razılaşmaya Livanda atəşkəs rejimi daxildir.
Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun müqavilənin şərtlərindən məmnun olduğunu bildirib.