BAKI, 15 iyun. TELEQRAF

ABŞ və İran arasında razılaşma əldə edilib. Sülh müqaviləsinin rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.

O, intensiv danışıqlardan sonra tərəflərin Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında sülh barədə razılığa gəldiyini bildirib.

O bidirib ki, tərəflər Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırıldığını elan ediblər.

O, Vaşinqton və Tehran arasında razılığa gəlməkdə göstərdiyi dəstəyə görə Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərliyinə də təşəkkür edib.