BAKI, 13 iyun. TELEQRAF
Pakistan ABŞ və İran arasında sülh sazişinin imzalanmasına tərəflərin indiyədək heç vaxt olmadığı qədər yaxın olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.
Məlumata görə, sazişin yekunlaşdırılmasının yaxın 24 saat ərzində baş tutacağı gözlənilir. Pakistan bundan dərhal sonra sənədin elektron qaydada imzalanmasına hazırlaşır. Növbəti həftə isə texniki səviyyədə danışıqların keçirilməsi planlaşdırılır.
“ABŞ və İran İslama danışıqlar prosesində nümayiş etdirdikləri davamlı öhdəliyə görə təşəkkür edirik. Həmçinin regiondakı qardaş ölkələrə göstərdikləri dəstəyə görə səmimi minnətdarlığımızı bildiririk”, – açıqlamada qeyd olunub.
Pakistan tərəfi vurğulayıb ki, sözügedən tarixi sülh sazişi uzunmüddətli və davamlı sülhün möhkəm təməlini formalaşdıracaq.