BAKI, 11 iyun. TELEQRAF

"Vyetnam müharibəsi zamanı ölkəyə mən rəhbərlik etsəydim, üç-dörd ay ərzində qələbə qazanardıq. Oradakı uğursuzluğumuzun əsas səbəbi rəhbərliyin səriştəsizliyi olub".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz 19 il Vyetnamda qaldıq və uğursuzluğa düçar olduq, çünki açığı, düzgün rəhbərliyimiz yox idi. Əgər o zaman hakimiyyətdə mən olsaydım, müharibəni üç-dörd aya bitirərdim", - deyə o, "Fox News"a müsahibəsində qeyd edib.

Qeyd edək ki, Vyetnam müharibəsi (1955-1975) 20-ci əsrin ikinci yarısının ən böyük hərbi münaqişələrindən biri olub. Bu müharibə ölkənin ən böyük şəhəri olan Sayqonun ABŞ Silahlı Qüvvələrinin dəstəyi ilə Vyetnam Xalq Ordusu tərəfindən Cənubi Vyetnam qüvvələrindən azad edilməsi ilə başa çatdı.