BAKI, 11 iyun. TELEQRAF

Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistana səfər edəcək.

Teleqraf xəbər verir ki, Əli Əsədov Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.

Qeyd edək ki, forum iyunun 16-18-də baş tutacaq.

Tədbirə ümumilikdə 99 ölkədən 8 mindən çox iştirakçının qatılması gözlənilir.