BAKI, 11 iyun. TELEQRAF
Bakıda eyni iş adamına məxsus üç iri şirkət ləğv edilir.
Teleqraf xəbər verir ki, söhbət "Bakı Məişət Maşınları", "Yeni Bemz" və "Bakı Elektriktökmə" ASC-lərindən gedir.
Hər üç şirkət 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətlərin qanuni təmsilçisi Tapdıq Nuriyevdir.
"Bakı Məişət Maşınları" ASC-nin nizamnamə kapitalı 4 milyon 527 min 748 manat, "Yeni Bemz" ASC-nin nizamnamə kapitalı 3 milyon 196 min 240 manat, "Bakı Elektriktökmə" ASC-nin isə nizamnamə kapitalı 2 milyon 124 min 780 manatdır.
"Bakı Elektriktökmə" ASC-nin dövlət büdcəsinə 503 min 477,52 manat, "Yeni Bemz" ASC-nin isə 453 min 126,84 manat vergi borcu var.
Qeyd edək ki, "Yeni Bemz" ASC-nin vergi borcu bu ilin mart ayında 456 min 375 manat təşkil edib. Beləliklə, şirkət həmin dövrdən indiyədək borcunun cəmi 3 min 248,16 manatını ödəyib.