BAKI, 11 iyun. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa bu ayın sonlarında ABŞ-yə səfər etmək üçün dəvət alıb.

Teleqraf xəbər verir ki, bu barədə diplomatik mənbə AFP-yə bildirib.

Suriya liderinin səfər çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşü planlaşdırır.

Bildirilib ki, dəvət Trampın Suriyanın Livandakı “Hizbullah” Hərəkatına qarşı əməliyyatlarda iştiraka hazır olduğunu bildirməsi ilə bağlı son mesajlarından sonra gəlib.

Diplomatik mənbəyə görə, “İsrail” və “Hizbullah” arasında müharibənin əvvəlindən bəri Vaşinqton “Hizbullah”a qarşı daha aktiv tədbirlər görməsi üçün Dəməşqə təzyiq edir. Amma Suriyaya müdaxilə potensialı olduqca həssas məsələ olaraq qalır.