BAKI, 11 iyun. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyada yerləşən Əl-Əzraq aviabazasına zərbələr endirdiyini və Amerika Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların məhv edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri 12 ballistik raketdən istifadə edərək ABŞ-a məxsus F-35, F-15 və F-16 tipli qırıcıların yerləşdiyi mövqelərə, həmçinin Əl-Əzraq aviabazasındakı əsas hərbi obyektlərə və komanda mərkəzinə zərbələr endirib.
İran tərəfi hücum nəticəsində qeyd olunan obyektlərin və çoxlu sayda döyüş təyyarəsinin məhv edildiyini iddia edir.
ABŞ və İordaniya rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.