BAKI, 11 iyun. TELEQRAF

“İran hakimiyyəti sıfırla nəticələnən oyunda məğlub olacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Ssott Bessent deyib.

“İran İslam Respublikasının Bəsrə körfəzində ABŞ-nin müttəfiqlərinə vurduğu istənilən zərər İranın hesablarındakı vəsaitlərlə kompensasiya ediləcək”, - nazir bildirib.

Bessent qeyd edib ki, Hörmüz boğazından keçidlə bağlı Tehrana ödənilən rüsum da İranın hesablarından tutulmaqla qarşılanacaq.

“İran İslam Respublikasının həyata keçirəcəyi istənilən hücum Tehran üçün daha ağır iqtisadi-maddi nəticələr doğuracaq”, - ABŞ-nin maliyyə naziri əlavə edib.