BAKI, 11 iyun. TELEQRAF

Çinin Quansi-Çjuan Muxtar Rayonunda baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub, daha 17 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sinxua" agentliyi polisə istinadən məlumat yayıb.

Hadisə gecə saatlarında Quylin şəhər dairəsinin Sinan qəzasında qeydə alınıb.

İlkin istintaqın nəticələrinə görə, partlayışın məişət qazı ilə bağlı olduğu versiyası istisna edilib.

Hazırda hüquq-mühafizə orqanları insidentin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.