BAKI, 11 iyun. TELEQRAF

ABŞ bu gecə İrana çox ağır zərbələr endirəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"ABŞ bu gecə İrana çox ağır zərbələr endirəcək. Yaxın gələcəkdə Xark adasını və digər neft infrastrukturu məntəqələrini ələ keçirəcəyik və onların neft-qaz bazarlarına tam nəzarəti öz əlimizə alacağıq. Bu, Venesuelada etdiyimizə çox bənzəyir və bu addım həm Venesuela, həm də ABŞ üçün möhtəşəm nəticələr verir. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm", - o qeyd edib.