BAKI, 11 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Göygöl rayonu, Bəhranbağ qəsəbəsi ərazisində azyaşlıların süni göldə batması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

16:54

GÖYGÖL,11 iyun. TELEQRAF

Göygöl rayonunda iki uşaq suda boğularaq ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayounun Bəhrambağ kəndində suni göldə qeydə alınıb.

2017-ci il təvəllüdlü R.Həsənov və onun 2016-cı il təvəllüdlü qohumu Y.Nəsibov suni göldə boğularaq ölüblər. Y.Nəsibovun meyiti sudan çıxarılsa da, o biri uşağın nəşinin tapılması istiqamətində iş aparılır.

R.Həsənov baba evinə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma başlanılıb.