BAKI, 11 iyun. TELEQRAF

Bişkekdə Qırğızıstanla Çin arasında məhkumların ekstradisiyası məsələsini müzakirə etmək üçün qurumlararası konsulluq məsləhətləşmələri keçirilib.

Teleqraf xəbər verir ki, Bişkek Pekindən əlavə kömək və Çində cəza çəkən Qırğızıstan vətəndaşlarının ekstradisiyası üçün müraciətlərə baxılmasını sürətləndirmələrini xahiş edib.

Müzakirələrin digər vacib mövzusu Qırğızıstan və Çin arasında vizaların liberallaşdırılması olub. Tərəflər turizm və işgüzar əlaqələri gücləndirmək üçün vətəndaşlar üçün viza verilməsi prosedurlarının sadələşdirilməsinin və sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Xarici İşlər Nazirliklərinin nümayəndələri iki dövlətin ərazilərində vətəndaşların və kommersiya müəssisələrinin hüquq və mənafelərinin qorunmasına xüsusi diqqət yetiriblər.