BAKI, 11 iyun. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset Kubanı ABŞ ərazisi və ya Quantanamo bazası üçün təhlükə yarada biləcək silahların alınmasından çəkinməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Quantanamo hərbi bazasında çıxışı zamanı danışıb.

"Heç də ağıllı addım olmaz ki, Kuba hökuməti bu bazaya və ya ABŞ ərazisinə çata biləcək silah növlərini əldə etməyə və ya satın almağa çalışsın", - deyə Pentaqon rəhbəri bildirib.

Heqsetin sözlərinə görə, belə bir addım iki ölkə arasında qarşıdurmaya səbəb ola bilər.

ABŞ müdafiə naziri əlavə təfərrüatlar açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl Kuba Prezidenti Migel Dias-Kanel ölkəsinin hərbi əməliyyatları təşviq etmədiyini, lakin istənilən ssenariyə hazır olduğunu bildirmişdi.