BAKI, 11 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İrana qarşı son hücumlar zamanı Amerika ordusunun 49 "Tomahawk" qanadlı raketindən istifadə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Tramp televiziya kanalına açıqlamasında raketlərin İran ərazisindəki hədəflərə qarşı tətbiq edildiyini deyib.
"Prezident "Fox News"a bildirib ki, İrandakı hədəflərə zərbələr endirmək üçün 49 "Tomahawk" raketindən istifadə olunub", - deyə bildirilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirilən əlavə zərbələrin başa çatdığını açıqlamışdı.