BAKI, 11 iyun. TELEQRAF
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, Bakı təmsilçisi Fransanın “Lill” klubundan Yunes Laşaabı icarəyə götürüb.
21 yaşlı vinger bir il müddətinə “Sabah”da çıxış edəcək. Müqaviləyə əsasən, paytaxt klubu futbolçunun transfer hüququnu da özündə saxlayır.
Qeyd edək ki, “Lill”in yetirməsi olan Yunes Laşaab son mövsümü Fransa klubunun əvəzedici komandasında keçirib.