BAKI, 7 iyun. TELEQRAF
ABŞ İranla danışıqların nəticəsindən asılı olmayaraq, zənginləşdirilmiş uran ehtiyatlarını müsadirə etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
O, "NBC News" a verdiyi müsahibədə deyib: "Biz uran üçün ora gələcəyik. Və heç kim bizə atəş açmayacaq. Əgər razılaşma əldə etməsək, onları çox sərt şəkildə, hərbi yolla məhv edəcəyik. Əgər razılığa gəlsək, İranla birlikdə işləyəcəyik. Avadanlıqlar bizim olacaq. Biz uranı çıxarıb ya yerində məhv edəcəyik, ya da bir yerə daşıyacağıq".