BAKI, 7 iyun. TELEQRAF
ABŞ-nin Ohayo ştatının Toledo şəhərində keçirilən "Old West End" festivalı yaxınlığında baş verən atışma nəticəsində bir neçə nəfər güllə yarası alıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, yaralanan şəxslər xəstəxanalara çatdırılıb. Onların vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.
Hüquq-mühafizə orqanları atışmada iştirak etdiyi ehtimal olunan bir və ya bir neçə şübhəlinin axtarışını aparır.
Polis hadisə yerində istintaq tədbirlərinin davam etdiyini bildirərək sakinlərə həmin ərazidən uzaq durmağı tövsiyə edib.
Atışmanın səbəbləri və hadisənin digər təfərrüatları araşdırılır.