BAKI, 7 iyun. TELEQRAF
İsrail ordusu Livanın cənubundakı döyüş zonasında daha iki əsgərini itirib.
Teleqraf xəbər verir ki, prdunun mətbuat xidməti iki əsgərin ölümü barədə məlumat yayıb.
Onlardan biri elit Egoz xüsusi təyinatlı dəstəsində rota komandirinin müavini vəzifəsində çalışan 23 yaşlı kapitan Şahar Qamla olub. "Ynet"in məlumatına görə , o, cümə axşamı dron hücumunda ağır yaralanıb və xəstəxanada ölüb.
Golani Piyada Briqadasının 21 yaşlı çavuşu Ohad Yaari isə Livanın cənubundakı əməliyyat zamanı öldürülüb.
17 apreldən bəri İsrail ilə silahlı qüvvələri Livanın cənubunda fəaliyyət göstərən şiə təşkilatı Hizbullah arasında rəsmi atəşkəs qüvvədədir. Bununla belə, iki tərəf Livan-İsrail sərhədi boyunca ərazilərdə müntəzəm olaraq atəş açmağa davam edir.