BAKI, 7 iyun. TELEQRAF

İsrailin bir sıra şəhərlərində hökumət əleyhinə növbəti etiraz aksiyaları təşkil olunub.

Teleqraf xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat yayıb.

Məlumata görə, etiraz aksiyaları Beer-Şeva, Qüds, Təl-Əviv və Hayfa şəhərlərində baş tutub.

Təl-Əvivdə əsas mitinq şəhərin mərkəzində yerləşən "Habima" teatrının qarşısındakı meydanda keçirilib. Aksiyadan əvvəl yüzlərlə insanın iştirakı ilə küçə yürüşü təşkil olunub.

Etirazçılar Baş nazir Benyamin Netanyahunu və onun hökumətini sərt tənqid edərək növbədənkənar parlament seçkilərinin keçirilməsini, həmçinin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun bütün təfərrüatlarının araşdırılmasını tələb ediblər.