BAKI, 7 iyun. TELEQRAF
İsrailin mərkəzində, Kohav-Yair qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində terror aktı törədilib.
Teleqraf xəbər verir ki, silahlı hücum nəticəsində bir nəfər ölüb, azı beş nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerinə gələn polis əməkdaşları terrorçulardan birini zərərsizləşdiriblər. Hücumun Fələstin əraziləri ilə sərhəd xəttinin yaxınlığında baş verdiyi bildirilir.
İsrail Baş naziri Benyamin Netanyahu hadisədən dərhal sonra operativ müşavirə keçirib və vəziyyəti şəxsən nəzarətdə saxlayır. Hökumət hadisəni rəsmən terror aktı kimi qiymətləndirib.