BAKI, 7 iyun. TELEQRAF
Ermənistanda keçirilən parlament seçkilərində saat 11:00-a olan məlumata görə, seçicilərin 14,48 faizi səsvermədə iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Anna Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, ölkə üzrə səsvermə hüququna malik seçicilərin ümumi sayı 2 milyon 503 min 976 nəfərdir. Saat 11:00-a qədər 362 min 657 vətəndaş səs verib.
Vilayətlər üzrə ən yüksək seçici fəallığı Tavuşda qeydə alınıb. Burada seçicilərin 17,84 faizi səsvermədə iştirak edib. Tavuşu 17,55 faizlə Sünik (Zəngəzur), 16,02 faizlə isə Kotayk izləyib.
Paytaxt İrəvanda isə seçici fəallığı 14,46 faiz təşkil edib. İrəvanda 849 min 488 seçicidən 122 min 856 nəfər səs verib.