BAKI, 7 iyun. TELEQRAF
“Zirə” portuqaliyalı futbolçu Tiaqo Silva ilə yolları ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Tiaqo Silva 2023-cü ildən “Zirə”də çıxış edirdi.