BAKI, 7 iyun. TELEQRAF

Rusiya ordusu ötən axşamdan başlayaraq Ukraynanın Dnepropetrovsk vilayətinin iki rayonuna pilotsuz uçuş aparatları (PUA) və aviasiya bombaları ilə 20-dən çox zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja məlumat verib.

Hücumlar nəticəsində Nikopol və Sinelnikov rayonlarında infrastruktur obyektləri, mülki müəssisələr və avtomobillər ciddi ziyan görüb. Atəş nəticəsində 59 yaşlı bir dinc sakin həlak olub, daha bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, Rusiya ordusunun son sutka ərzində bölgəyə etdiyi digər hücumlar zamanı da aralarında yetkinlik yaşına çatmayan şəxsin də olduğu altı mülki vətəndaş yaralanıb.