BAKI, 7 iyun. TELEQRAF

İspaniya təmsilçisi “Atletiko Madrid”in futbolçusu Aleksandr Sörlot İtaliyanın “Yuventus” klubuna keçə bilər.

Teleqraf xəbər verir ki, jurnalist Matteo Morettonun məlumatına görə, 30 yaşlı norveçli forvard A Seriyası təmsilçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Hazırda Turin klubu futbolçunun transferi ilə bağlı “Atletiko” ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Madrid klubu Sörlotu 2024-cü ilin yayında “Vilyarreal”dan 32 milyon avroya transfer etmişdi. Hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə 54 matçda 20 qol vurub. Onun “Atletiko” ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.