BAKI, 7 iyun. TELEQRAF

İsrailin Livanın paytaxtı Beyrutun cənub ətrafına endirdiyi hava zərbəsi nəticəsində iki nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi Mreycə - Təhvita əl-Qədir bölgəsində yerləşən iki mənzil olub.

Agentliyin yaydığı ilkin məlumata əsasən, zərbə nəticəsində iki nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hücumun səbəbləri və hədəf alınan şəxslərlə bağlı əlavə məlumat verilməyib.