BAKI, 7 iyun. TELEQRAF

Roma Papası XIV Leonun İspaniyanın paytaxtında keçirdiyi dini ibadət mərasiminə təxminən 1,1 milyon insan toplaşıb.

Teleqraf xəbər verir ki, bu barədə İspaniya KİV məlumat yayıb.

Bildirilib ki, dini ayin şəhər meriyasının yerləşdiyi rayondakı mərkəzi meydanda təşkil olunub.

Qeyd edək ki, Papa XIV Leo İspaniyaya iyunun 6-da gəlib. Səfər proqramı çərçivəsində onun Barselona və Kanar adalarını da ziyarət edəcəyi planlaşdırılır. Papanın İspaniyaya səfəri zamanı ictimai asayişin təmin olunmasına 15 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib.