BAKI, 7 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla yekun razılaşma əldə olunana qədər İran aktivlərini dondurulmuş vəziyyətdə saxlayacağını və sanksiyaları ləğv etməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində danışıb.

Jurnalistin İran aktivlərinin dondurulmasının aradan qaldırılması və ya sanksiyaların razılaşmadan əvvəl ləğv olunmasının mümkünlüyü ilə bağlı sualına Tramp qısa şəkildə "Xeyr" cavabını verib.

ABŞ lideri qeyd edib ki, belə addımlar yalnız Tehranla saziş imzalandıqdan sonra nəzərdən keçirilə bilər.

Onun sözlərinə görə, İran danışıqlar prosesində və öhdəliklərin yerinə yetirilməsində "yaxşı iş görərsə", sanksiyaların yumşaldılması və ya bəzi aktivlərin açılması mümkün ola bilər.

Trampın açıqlaması Vaşinqton və Tehran arasında davam edən danışıqlar fonunda səsləndirilib.