BAKI, 7 iyun. TELEQRAF
Şimali Koreya nüvə silahı ilə bağlı məsələlərdə heç bir güzəştə getmək niyyətində olmadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Con bəyan edib.
Onun sözlərinə görə, Pxenyan ölkənin müdafiə qabiliyyəti ilə bağlı məsələlərdə geri addım atmayacaq.
"Biz ölkənin müdafiəsi məsələsində zərrə qədər də güzəştə getməyəcəyik", - deyə Kim Yo Con bildirib.
O həmçinin vurğulayıb ki, KXDR öz suverenliyinin və təhlükəsizliyinin qorunması məqsədilə qüvvələr balansının pozulmasına imkan verməyəcək.
Kim Yo Conun sözlərinə görə, ölkə milli təhlükəsizliyini təmin etmək üçün mövcud hərbi potensialını qorumaqda davam edəcək.