BAKI, 7 iyun. TELEQRAF
Ekvadorun Manta şəhərində yerləşən liman ərazisində baş verən güclü yanğın nəticəsində 20-dən çox gəmi yanaraq yararsız hala düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, yanğın limandakı gəmilərdən birində başlayıb və daha sonra yaxınlıqda dayanmış digər gəmilərə keçib.
Hadisə nəticəsində azı iki nəfər xəsarət alıb.
Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti xidmətlər hadisə yerinə cəlb olunub.
Alovun yaranma səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.