BAKI, 7 iyun. TELEQRAF
Pakistanın daxili işlər naziri Mövsüm Nəqvi Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə İran-ABŞ münasibətləri və regiondakı son vəziyyət müzakirə edilib.
Səfərin məqsədi İran və ABŞ arasında vasitəçilik etməkdir.
Pakistanlı nazir tərəflər arasında razılıq əldə olunması üçün yeni təkliflər təqdim edəcək. Məqsəd danışıqlardakı durğunluğu aradan qaldırmaqdır.
Qeyd edək ki, Pakistan fevralın 28-də İran və ABŞ arasında münaqişə başladıqdan bəri tərəflər arasında vasitəçi rolunu oynayır. Aprelin 8-də tərəflər arasında müvəqqəti atəşkəs əldə olunsa da, sonradan şərtlərin icrası ilə bağlı yaranan mübahisələr və regiondakı proseslər səbəbindən danışıqlar dayandırılmışdı.