BAKI, 7 iyun. TELEQRAF

İranla mümkün razılaşma əldə olunsa belə, dondurulmuş aktivləri dərhal blokdan çıxarılmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın xaricdə dondurulmuş və həcmi 100 milyard dollardan çox qiymətləndirilən aktivlərinin açılması sonrakı mərhələdə müzakirə oluna bilər.

“Bu, daha sonra baş verə bilər. Əgər onlar düzgün davransalar və öhdəliklərini yerinə yetirsələr, onda bu barədə danışmağa başlaya bilərik”, - Tramp deyib.

Qeyd edək ki, Tehran Vaşinqtonla mümkün razılaşmanın əsas şərtlərindən biri kimi xaricdəki dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsini tələb edir.