BAKI, 5 iyun. TELEQRAF
Nəsimi rayonu ərazisində yerləşən elektronika mağazalarından birindən 2500 manat dəyərində noutbuk oğurlanıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı V.Rzayev saxlanılıb.
Araşdırmalar zamanı onun paytaxt ərazisində yerləşən digər mağazalardan da məişət və elektronika avadanlıqları oğurladığı, daha sonra həmin əşyaları müxtəlif ticarət obyektlərində satdığı müəyyən edilib.
Araşdırma aparılır.